Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın şimal-qərb regionunda DWDM avadanlığının quraşdırılması başa çatıb
Azərbaycanın ilkin provayderi "Azertelecom" Şəki-Zaqatala rayonunda DWDM avadanlığının quraşdırılması üzrə işləri başa çatdırıb. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin (MHM) direktor müavini Sahib Nəcəfov bildirib.
Nəcəfovun sözlərinə görə, "Azertelecom"un yeni avadanlıqları ilkin olaraq noyabrın ilk günlərində istismara veriləcək.
"Azertelecom" şirkətinin quraşdırdığı DWDM avadanlıqları müxtəlif uzunluqda dalğalarda bir neçə siqnalın bir kabeldə yerləşdirilməsinə imkan verir ki, bu da kanalın buraxılış qabiliyyətini xeyli artırır", - Nəcəfov deyib.
Onun sözlərinə görə, "Azertelecom" ilkin provayderinin tutumundan "AzDATACOM" şəbəkəsinin ehtiyacları üçün istifadə oluna bilər. Hazırda MHM "Delta Telecom" şirkətindən internet kanalı icarəyə götürür.
Nəcəfov internet xidmətlərinin qlobal tədarükçüsünün dəyişməsinin ("Delta Telecom"dan "Azertelecom"a keçməsi) mümkünlüyü məsələsini şərh edərkən bildirib ki, bu məsələdə iqtisadi aspekt (ilkin provayderlərin tarifləri) həlledicidir. "Azərbaycanın ilkin provayderləri əsasən internetin paylanması mərkəzlərinə (Stokholm və Frankfurt) qoşulublar və bu gün Azərbaycana internet kanalı müxtəlif istiqamətlərdən daxil olur. Güman edirəm ki, ilkin provayderlər arasında fərq ondan ibarətdir ki, birinin başqasına nisbətən imkanları daha böyükdür. Ölkəyə müxtəlif istiqamətlərdən çoxlu sayda daxil olan xarici kanalların olması səbəbindən, eləcə də Delta Telecom-un malik olduğu peykdən istifadə infrastrukturlarının çoxluğu nəzərdə tutulur. Bu üstünlük yubanmaların meydana çıxması imkanlarını xeyli azaldır", - Nəcəfov deyib.
28/10/11 Çap et