Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstənilən pəncərəni müşahidə kamerasına çevirəcək texnologiya hazırlanıb


Yuta Universitetində çalışan dosent Radjeş Menomun komandası adi şüşədən keçən işığın passiv ələ keçirilməsi texnologiyasını işləyib hazırlayıb. Məsələn, demək olar ki, istənilən pəncərənin arxasında maraqlı hadisələr baş verir, amma bunu qeydə almaq üçün pəncərənin qarşısında videokamera quraşdırmaq lazımdır. Yeni texnologiya bu məhdudiyyəti qismən aradan qaldırmağa imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, bunun üçün şüşədə səpələnmiş vəziyyətdə olan işığı ilkin təsvirə çevirəcək xüsusi alqoritm lazımdır, ancaq Menomun komandası məhz bu alqoritm üzərində işi başa çatdırıb. Yekunda əldə edilən təsvir başadüşüləndir. Yəni istənilən pəncərəni videokameraya çevirmək üçün sadə aksessuar  dəstini kompüter və ya başqa hesablama qurğusuna qoşmaq kifayətdir.
 
 
Emil Hüseynov







28/08/18    Çap et