Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” 2020-ci ilin sonunadək tamamilə bərpa olunan enerji mənbələrinə keçməyi planlaşdırır


2020-ci ilin sonunadək “Facebook” sosial şəbəkəsi tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, “Facebook” dünyada bərpa olunan mənbələrdən əldə  edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb. Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.
 
Emil Hüseynov






29/08/18    Çap et