“Instagram” yeni funksiya istifadəyə verib
“Instagram”da sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı əlçatan olub. Bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək lazımdır. Bu haqda xidmətin saytında məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
iz.ru” saytına istinadən yazır ki, məlumata görə, hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir. “Instagram” hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.
Bundan başqa, istifadəçilər “Instagram” xidmətində populyar hesablar haqda informasiya əldə edə biləcəklər.
Emil Hüseynov