Dünyada ən yüngül çəkili 15 düymlük noutbuk təqdim edilib
Tayvanın “Acer” şirkəti 31 avqust - 5 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA 2018” sərgisinin açılışı ərəfəsində “Swift 5” adlı çox yığcam noutbukun yeni nəslini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, “SF515-51T” nömrəli model dünyada ən yüngül 15 düymlük noutbuk kimi elan edilib. Bu noutbukun çəkisi 990 qram təşkil edir.
Sözügedən noutbuk səkkizinci nəsil “Intel Core i7” prosessoru, “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük sensor IPS displey, 16 QB-dək əməli yaddaş və 1 TB sərtgövdəli daşıyıcı ilə təchiz edilib. Displeyin ətrafındakı çərçivənin qalınlığı 5,87 mm təşkil edir.
“Wi-Fi” (802.11ac), “Bluetooth 5.0”, 2 ədəd “USB Type-A”, 1 ədəd “USB Type-C” portları, “HDMI” və qulaqlar üçün konnektor mövcuddur.
Emil Hüseynov