Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LTE” dəstəkli “Samsung Galaxy S II HD” smartfonu təqdim edilib


“Samsung” şirkəti Cənubi Koreyada “Android 2.3” proqram platforması ilə işləyən “Galaxy S II HD LTE” flaqman smartfonunu təqdim edib.
Güclü aparat 1,5 QHz takt tezlikli 2 nüvəli prosessor və 1 Qb əməli yaddaş ilə təchiz edilib. İnteqrasiya edilmiş fləş daşıyıcının tutumu 16 Qb-dır; dəyişkən “MicroSD” kartlar üçün slot var.
Smartfon 4,65 düym diaqonallı yüksək keyfiyyətli “Super AMOLED” sensor ekran ilə təchiz edilib; ekranın kəskinliyi 720×1280 nöqtədir. Əsas 8 meqapiksel kamera 1080p formatında yüksək dəqiqlikli videoyazmanı dəstəkləyir; ön hissədə yerləşən kamera 2 meqapiksel matrisə malikdir.
Digər xüsusiyyətləri belədir: “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 3.0” simsiz əlaqə adapterləri, “GPS” qəbuledicisi, “NFC” mikroçipi və 1850 мА∙h tutumlu akkumulyator batareyası.
Smartfon dördüncü nəsil “LTE” mobil şəbəkələrində işi dəstəkləyir; Cənubi Koreyada qiyməti təxminən 710 dollardır.




28/10/11    Çap et