Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şanxayda zibilin çeşidlənməsi və yenidən emalı üzrə "ağıllı avtomat" quraşdırılıb


Şanxayda zibili çeşidləyən və onu yenidən emal edən "ağıllı avtomat" quraşdırılıb. Bundan başqa, zibilini sözügedən avtomata tullayan şəxsə müvafiq məbləğdə pul ödənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bu avtomat plastik, parça, banka və yararsız kağız məmulatlarının emal edilməsi üçün nəzərdə tutulmuş 4 bölmədən ibarətdir. Avtomatın ortasında olan sensor ekrana malik sistem blok zibilin çəkisini göstərir, avtomatda boş yer olub-olmadığı barədə xəbərdarlıq edir, müxtəlif zibil kateqoriyasını tanıyır və sairə.
 
Zibili avtomata tullamaq istəyən şəxs telefonuna xüsusi mobil tətbiq yükləməli, QR-kodu skan etməli, zibil kateqoriyasını seçməlidir, bundan sonra avtomat müvafiq bölməni özü açacaq. Zibil avtomata atıldıqdan sonra avtomat onun çəkisini çəkərək istifadəçinin hesabına müvafiq məbləğ göndərəcək.
 
Emil Hüseynov






30/08/18    Çap et