“5G” patent sahibləri ildə 20 milyard dollar qazanacaq
“Strategy Analytics” şirkətinin proqnozuna görə, beşinci nəsil (5G) şəbəkəsini dəstəkləyən telefonların istehsalı əqli mülkiyyət sahiblərinə 2025-ci ildən başlayaraq hər il təxminən 20 milyard dollar qazanmağa imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, smartfonlarda “5G” texnologiyasından istifadəyə görə aşağıdakı üç şirkət ən çox qazanc əldə edəcək: “Ericsson”, “Nokia” və “Qualcomm”.
2025-ci ilədək “5G” həllərlə bağlı lisenziya ödənişlərinin ümumi həcmi 55 milyard dolları ötəcək. “Ericsson” və “Nokia” şirkətləri hər “5G”-qurğudan müvafiq olaraq 5 və 3,5 dollar, “Qualcomm” isə, ilkin məlumatlara görə, aparatın qiyməti üzrə müəyyən faiz alacaq.
Analitiklər əmindirlər ki, vaxt keçdikcə “5G” smartfonlarının orta satış qiyməti aşağı düşəcək, ancaq hətta 2025-ci ildə belə qurğuların qiyməti beşinci nəsil şəbəkəsini dəstəkləməyən telefonlarla müqayisədə üç dəfə daha baha olacaq.
Emil Hüseynov