Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” smartfonları virus-maynerin hücumuna məruz qalıb


"ESET" şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri "Android" üçün "Google Play" internet mağazasında populyar oyun və tətbiqlərdə virus-mayner aşkar ediblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, virusa yoluxmuş proqramlardan biri 5 milyon dəfə quraşdırılmış "Bug Smasher" adlı oyundur. Tərtibatçılar aydınlaşdırıblar ki, qurğuya oyunu yükləyən vaxt, həmçinin virus-mayner yüklənir. Hakerlər bu virusun köməyilə qurğudan kriptovalyuta əldə etmək üçün istifadə edirlər. Sözügedən oyun 2018-ci ilin yanvarında silinib, amma ekspertlər iddia edirlər ki, "Google" internet mağazasında hələ çoxlu sayda belə proqram mövcuddur.
 
Mütəxəssislər qeyd edirlər ki, zərərli proqram təminatı smartfonun işini pozur. Qurğu daha ləng işləməyə və çox qızmağa başlayır, akkumulyator isə daha tez boşalmağa başlayır.
 
Emil Hüseynov






03/09/18    Çap et