Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” noyabrda “Galaxy X” adlı açılıb-bağlanan smartfonunu təqdim edəcək


“Samsung” şirkəti cari ilin noyabrında “Galaxy X” adlı açılıb-bağlanan smartfon modelini nümayiş etdirəcək. Bu haqda korporasiyanın mobil bölməsinin baş direktoru Donq Cin Ko deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, yeni qurğu “Samsung”un San-Fransiskoda keçiriləcək  konfransında nümayiş etdiriləcək. Hazırda yeni smartfon üzərində aparılan işlər bitmək üzrədir.
 
“Samsung”un nümayəndəsi yeni cihazın başqa detallarını açıqlamayıb, amma əmin edib ki, istifadəçilər qurğunun funksionallığını bəyənəcək.
 
Bundan başqa, top-menecerin sözlərinə görə, smartfon bazarında aparılmış son araşdırmalara görə, son vaxtlar insanlar açılıb-bağlanan smartfonlara böyük maraq göstərməyə başlayıblar.
 
Emil Hüseynov






05/09/18    Çap et