Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone” mobil bazarda ən güclü smartfon olacaq


Yeni nəsil “Apple A12” prosessoru məhsuldarlığına görə rəqiblərini geridə qoyacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin smartfonları mobil bazarda ən güclü qurğular olacaq. Yeni “A12” prosessoru “Apple” korporasiyasının rəqibləri qarşısında üstünlüyünü təmin edəcək. Bu haqda “Digitimes” analitik şirkəti məlumat verib.
 
Sözügedən çip 7 nanometrlik texnoloji proses üzrə hazırlanıb. “Macworld” nəşri yazıb ki, “A12” prosessoru “iPhone X”-da quraşdırılmış “A11 Bionic”dən 20-30% daha sürətli işləyəcək.
 
“Digitimes” analitik şirkəti əlavə edib ki, başqa prosessor istehsalçıları – “Qualcomm” və “MediaTek” yalnız 2019-cu ildə 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış çiplərini bazara çıxaracaq. Beləliklə, “Apple” öz rəqiblərini xeyli qabaqlamağa nail olub.
 
Emil Hüseynov






05/09/18    Çap et