Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şirkətlər kibermüdafiə məsələlərinə az diqqət ayırır


"Kasperski Laboratoriyası" antivirus şirkəti təşkilatların kibertəhlükəsizlik məsələlərinin təhlil edildiyi araşdırmanın nəticəsini açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, təhlil edilmiş şirkətlərin 43%-də kənar cinayətkar tərəfindən həyata keçirilmiş hücumlara qarşı təhlükəsizlik səviyyəsi aşağı və ya çox aşağıdır. Tədqiqatçılar 29% halda təşkilat haqda ümumi məlumatlara sahib olan hücum edəni imitasiya edərək bütün İT infrastrukturunda maksimum imtiyaz əldə etməyə müvəffəq olublar.
 
Bundan başqa, 73% halda şəbəkə perimetrini dəf etmək üçün veb proqramlarda aşkar edilmiş boşluqlar tətbiq edilib.
 
"Kasperski Laboratoriyası"nın məlumatına görə, şirkətlər korporativ şəbəkənin müdafiəsinə kifayət qədər diqqət ayırmır. Təşkilatların 93%-də daxili şəbəkənin təhlükəsizlik dərəcəsi aşağı və ya son dərəcə aşağı olub. Korporativ şəbəkədə təhlil edilmiş şirkətlərin 86% -də maksimum imtiyaz əldə edilib, həm də 42% halda bunun üçün iki addım lazım olub.
 
Emil Hüseynov






05/09/18    Çap et