Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Motorola Mobility şirkətinin rüblük mədaxili artıb
Motorola Mobility şirkəti cari maliyyə ilinin üçüncü rübü üzrə hesabatını dərc edib.
Mobil aparat istehsalçısı hələ də ziyandadır. Zərərin dəyəri 32 milyon dollar və ya 1 qiymətli kağıza 11 sent təşkil edib. 1 il əvvəl şirkət 34 milyon dollar və ya 1 səhmə 12 sent itirib.
Bununla belə Motorola Mobility şirkətinin rüblük mədaxili 11% artıb. Mobil qurğu seqmentində mədaxil təxminən 20% artaraq, 2.4 milyard dollar təşkil edib.
3 ay ərzində Motorola Mobility şirkəti ümumilikdə 11,6 milyon mobil qurğu tədarük edib. Müqayisə üçün: 1 il əvvəl 3,8 milyon smartfon daxil olmaqla 9,1 milyon qurğu satılıb.
28/10/11 Çap et