İnternetin işində qlobal nasazlıq ola bilər
Oktyabrın 11-də dünyada internet istifadəçiləri şəbəkəyə giriş problemi ilə üzləşə bilərlər. Bu haqda Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiya (ICANN) məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, həmin gün tarixdə ilk dəfə olaraq domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Yeniləmədən sonra 48 saat ərzində bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Sistem "server failure" və ya “SERVFAIL” səhvini göstərə bilər.
2010-cu ildə yaradılan kriptoqrafiya açarları “DNSSEC” genişlənmə sistemində istifadə olunur, təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməlidir, ancaq 2015-ci ildə provayderlərin hazırsızlığı səbəbindən bu proses təxirə salınıb.
Emil Hüseynov