Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində dəniz suyunda tez parçalanan plastik hazırlanıb


Çin alimləri dəniz suyunda qısa vaxt ərzində parçalana bilən plastik növü hazırlayıblar. Yeni texnologiyalar okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Çin Elmlər Akademiyasının Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həll olma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir. "Dənizə düşən bu plastik növü bir neçə gündən yüz günədək tamamilə parçalanır. Bu plastik növü son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir" – institutun böyük mühəndisi Van Qes deyib.
 
Mütəxəssislərin fikrincə, bu material gələcəkdə bir çox sahələrdə adi plastiki əvəz edə bilər.
 
Okeanın plastik tullantılarla çirklənməsi ictimaiyyətin diqqətini cəlb edir. Araşdırmalara görə, hər il okeana 4,8-12,7 milyon ton plastik tullantı atılır.
 
Emil Hüseynov






06/09/18    Çap et