Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” istifadəçiləri musiqi və maarifləndirici saytlara daha çox daxil olurlar
“Android” istifadəçiləri “iPhone” və “iPad” istifadəçiləri ilə müqayisədə musiqi saytlarına daha tez-tez daxil olurlar, adi mobil aparat sahibləri isə sosial şəbəkələrdə aktivdirlər. Bu barədə “Opera” şirkətinin yeni tədqiqatında qeyd edilib.
“Windows Phone” əməliyyat sistemi əsasında işləyən qurğuların sahibləri xəbər və informasiya resurslarından daha çox istifadə edirlər.
“Android” istifadəçiləri digər platforma istifadəçiləri ilə müqayisədə maarifləndirici saytlara, məsələn, universitetlərin onlayn resurslarına daha çox daxil olurlar, lakin səyyah vasitəsi ilə sosial şəbəkələrdə az vaxt keçirirlər. “Apple” istifadəçilərində bu sahədə fəallıq demək olar ki, 1,5 dəfə yuxarıdır.
“BlackBerry” aparatlarının sahibləri daha çox texnologiya və idman xəbərləri ilə maraqlanırlar,- tədqiqatda qeyd edilib.
28/10/11 Çap et