Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Təhsilin əsasları” adlı yeni elektron dərs vəsaitləri hazırlanıb


Azərbaycanda “Təhsilin əsasları” adlı yeni elektron dərs vəsaitləri hazırlanıb.
Hazırda ekspertlər bu dərsliyi qiymətləndirməklə məşğuldurlar. Bu barədə açıqlama verən Təhsil naziri Misir Mərdanov bildirib ki, gələn dərs ilinin əvvəlindən bu vəsaitdən dərslik kimi istifadə ediləcək.
Müəllimlərin İKT biliklərinin zənginləşdirilməsi məqsədilə regionlarda kursların təşkil olunduğunu deyən Təhsil naziri bu işlərin gələcəkdə daha intensiv xarakter alacağını bildirib.
Qeyd edək ki, Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən yaradılan portala qoşulan və onun resurslarından istifadə edən məktəblərin sayı artmaqda davam edir.




28/10/11    Çap et