“Microsoft” korporasiyası “Windows 7” sistemini 2023-cü ilədək dəstəkləyəcək
“Windows 7” əvvəlki kimi korporativ istifadəçilər arasında ən populyar əməliyyat sistemi olaraq qalır və şirkətlər “Windows 10” sisteminə keçməyə tələsmir. “Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixində dayandırılmalı idi, ancaq “Microsoft” bu müddəti daha 3 il uzatmağa dair qərar verib. Bu haqda şirkətin bloqunda “Microsoft” şirkətinin “Office” və “Windows”un marketinqi üzrə vitse-prezidenti Cared Spataro deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, vaxtı uzadılmış genişləndirilmiş dəstək “Microsoft”un korporativ lisenziyalaşdırma proqramının iştirakçısı olan “Windows 7 Professional” və “Windows 7 Enterprise” istifadəçiləri üçün əlçatan olacaq. Dəstək ödənişli olacaq: ödəniş hər bir ayrı qurğu üçün ediləcək və hər il artacaq.
Emil Hüseynov