Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” dünyada ən böyük smartfon istehsalçısıdır
“Samsung” şirkəti dünyada ən böyük smartfon istehsalçısı olub. “Strategy
Analytics” şirkətinin hesablamalarına əsasən, Koreya korporasiyası iyul-sentyabr ayları ərzində demək olar ki, 30 milyon smartfon satıb. İkinci yerdə 17,1 milyon “iPhone” satmış “Apple”, üçüncü yerdə isə 16.8 milyon aparat satmış “Nokia” şirkəti yerləşib.
Beləliklə, koreyalılar smartfon bazarının demək olar ki, 28%-nə, “Apple” və “Nokia” şirkətləri isə təxminən 15%-nə nəzarət edirlər.
28/10/11 Çap et