Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB xətt təsərrüfatını da yeni texnologiya əsasında qurur
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində yeniliklər tətbiq etməkdədir. Birlikdən verilən məlumata görə, ATS 438-439-un NGN texnologiyası ilə əvəzlənməsi yenilik olsa da, xətt təsərrüfatının müasir tələblərə cavab verməməsi vətəndaşların yeni texnologiyanın üstünlüklərindən istifadə etməsinə imkan vermirdi.
Birliyin həyata keçirdiyi işlər nəticəsində sözügedən stansiyanın xətt qurğuları da NGN texnologiyasının tətbiqi ilə tamamilə yenidən qurulub. Artıq abunəçilər şəhərin mərkəzini əhatə edən ATS 438/439-un xidmətlərindən yüksək keyfiyyətlə istifadə edirlər. Bu təcrübəni geniş şəkildə digər stansiyalarda da tətbiq etməyi qarşıya məqsəd qoyan birlik müvafiq tədbirlərə başlayıb.
Qeyd edək ki, həyata keçirilən tədbirlər nəticəsində NGN texnologiyası əsasında tamamilə yenidən qurulan stansiya vətəndaşlara mükəmməl rabitə xidməti ilə yanaşı, onların bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaradıb.
28/10/11 Çap et