Şəhərlərarası uçuşlar üçün hava taksisinin uğurlu sınağı keçirilib
İngiltərənin "Vertical Aerospace" startapı şəhərlərarası uçuşlar üçün istifadə ediləcək vertikal uçuşlu və enişli hava taksisinin uğurlu sınağını keçirib.
"ICTnews" Elektron Xəbər Xidməti "
Hightech" resursuna istinadən yazır ki, "Vertical Aerospace" uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 km təşkil edir. Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.
Məlumata görə, uçuş aparatı test zamanı havada 5 dəqiqə qalıb.
Şirkət nümayəndələri bildirir ki, 3-4 ildən sonra uçan taksilər satışa çıxarılacaq, insanların isə şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.
Nizam Nuriyev