“5G” şəbəkəsində smartfon vasitəsilə ilk dəfə zəng edilib
2018-ci ilin sentyabrında İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan “Ericsson” şirkəti və ABŞ-ın mikroprosessor istehsalçısı olan “Qualcomm” şirkəti beşinci nəsil şəbəkəsində smartfon vasitəsilə ilk zəng həyata keçirməyə nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, telefon çağırışı “Ericsson” şirkətinin İsveçin Kista şəhərində yerləşən laboratoriyasında 39 QHs tezliyində millimetrlik dalğalardan (mmWave) istifadə nəticəsində simsiz rabitə (OTA) üzrə işləyən smartfon form-faktorunda sınaq mobil qurğudan həyata keçirilib.
Emil Hüseynov