Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AMD” şirkətinin mədaxili artıb
Prosessor və qrafik sürətləndiricilər istehsalçısı “AMD” şirkəti cari maliyyə ilinin üçüncü rübü üzrə hesabatını dərc edib.
Şirkət 3 ay ərzində 1,69 milyard dollar qazanıb. 2010-cu ilin analoji dövrü (mədaxil 1,62 milyard dollar olub) ilə müqayisədə artım 4% təşkil edib.
Hesabat dövrü ərzində mədaxil 97 milyon dollar və ya 1 səhmə 13 sent təşkil edib. 1il daha əvvəl “AMD” şirkəti 118 milyon dollar xalis zərərə məruz qalıb.
“AMD” şirkəti yeni icraçı direktor təyin edib. Yeni direktor 49 yaşlı Rori Rid olub. O, son illər “Lenova”nın Amerika bölməsinə rəhbərlik edib. Cənab Rid direktor postunda Dirk Meyeri əvəz edib.
Həmçinin, qrafik sürətləndiricilərə də tələbat artıb: bu seqmentdə mədaxil illik hesablamada 4% artıb.
28/10/11 Çap et