“Facebook” 6 ay ərzində 1,3 milyard saxta hesab silib
“Facebook” sosial şəbəkəsi 6 ay ərzində 1,27 milyard saxta hesab silib. Bu haqda şirkətin əməliyyat direktoru Şeril Sandberq deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, istifadəçi hesablarının moderasiyası həm əl, həm də süni intellekt, kompüter təlimi və görməsi əsasında işləyən xüsusi alqoritmlərdən istifadə nəticəsində həyata keçirilir.
“Facebook”un sosial şəbəkədə qaydalara nəzarət edən heyəti 2 dəfə artaraq 20 min nəfərə yaxınlaşıb. Onlar 24 saat ərzində 50-dən çox dildə mesajlara nəzarət edirlər.
“Facebook” saxta xəbərlərin yayılması və ictimai rəyin təhrifi üçün istifadə edilən saxta hesablarla mübarizədə öz səylərini artırıb. Bundan başqa, xidmət spamla aktiv mübarizə aparır. Məsələn, 2018-ci ilin yanvar-mart aylarında sosial şəbəkədən təxminən 836 milyon reklam nəşri silinib.
Emil Hüseynov