Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un internet-stratostatları məlumatları rekord məsafəyə ötürüb


“Google”un sahibi olan “Alphabet” tərəfindən işlənib hazırlanan “Project Loon” hava şarları şəbəkəsi 7 internet-stratostat arasındakı məlumatları təxminən 1000 km məsafəyə ötürməyə müvəffəq olub. Əvvəlki rekord 100 km-ə bərabər idi və yalnız 2 stratostat arasındakı məlumatları ötürmüşdü.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, informasiya təxminən 600 km-dən çox məsafədə yerləşən bir hava şarından digərinə ötürülüb.
 
Xatırladaq ki, “Loon” layihəsi “Alphabet”in tərkibinə daxil olan “X” innovativ işləmələr bölməsi tərəfindən hazırlanıb. Təxminən 20 km yüksəkliyə qaldırılan hava şarları məlumatları “LTE” tezliyində ötürür ki, yaxınlıqda olan istifadəçilər mobil telefonların köməyi ilə internetə qoşula bilsin. Möhkəm örtük aerostatlara stratosferin alt qatlarında təxminən 100 gün qalıb işləməyə imkan verir.
 
Emil Hüseynov






12/09/18    Çap et