Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” “Google”dən milyardlarla dollar almaq niyyətindədir


Dünyada proqram təminatının ən böyük istehsalçısı “Oracle” “Google” korporasiyasından mobil əməliyyat sistemi “Android”də patentləşmiş texnologiyalardan qeyri-qanuni istifadə etdiyinə görə bir neçə milyard dollar tələb edib.
San-Fransisko federal məhkəməsinə verilmiş iddia ərizəsində bildirilir ki, söhbət “Java” proqramlaşdırma dili ilə bağlı texnologiyalardan gedir. Xatırladaq ki, “Oracle” 2010-cu ilin yanvarından, “Sun Microsystems” şirkətini əldə etdikdən sonra “Java”ya nəzarət etməyə başlayıb. Yarım il sonra “Oracle” şirkəti “Google”dən “Oracle” intellektual mülkiyyətindən istifadəni dayandırmağı və bazardan müəllif hüquqlarını pozan bütün məhsulları ləğv etməyi tələb edib.
İnternet nəhəngi öz tərəfindən hər hansı bir qeyri-qanuniliyi inkar edib və əlavə edib ki, ilk əvvəldən “Java” azad və açıq dil kimi elan edilib. Onun mənbə kodları bir neçə il əvvəl dərc edilib.
“Oracle” şirkətinin tələb etdiyi kompensasiyanın məbləği artıq məhkəməyə məlumdur, amma mətbuatdan hələ ki gizlədilir. Bu təhqiqat üzrə məhkəmə müzakirələri yaxın aylarda başlanmalıdır.




17/06/11    Çap et