Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Asacub” adlı bank troyanı istifadəçilərə aktiv hücum edir


"Kasperski Laboratoriyası" hər gün təxminən 40 min istifadəçinin üzləşdiyi “Asacub” adlı bank troyanının geniş yayılması haqda məlumat verib.
 
Ekspertlərin məlumatına görə, kompüterlərin “Asacub” virusu tərəfindən yoluxması hallarının təxminən 98%-i Rusiyanın payına düşür. Bundan başqa, zərərçəkmiş ölkələr arasında Ukrayna, Türkiyə, Almaniya, Belarus, Polşa, Qazaxıstan, ABŞ və başqalarının adı çəkilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Asacub” virusunun yayılması kampaniyası linkə keçid etməklə foto və ya MMS-ə baxmaq təklifindən ibarət fişinq xarakterli SMS mesajların köməyi ilə həyata keçirilir. Link üzrə müvafiq veb səhifəyə keçid edən istifadəçi yükləmə düyməsinə sıxarkən zərərli fayl cihaza yüklənir.
 
“Asacub” virusu smartfon sahibi sazlamalar bölməsindən naməlum mənbələrdən quraşdırmanı aktiv etdiyi halda qurğuya yüklənir. Virus quraşdırma vaxtı inzibatçılıq hüququ və ya xüsusi imkanlar xidmətindən istifadəyə dair icazə istəyir.
 
Sözügedən virusa lazımi icazə verilən kimi, o özünü SMS mesajların işlənməsi üçün standart proqram kimi təyin edir və bədniyyətli əməliyyatlar etməyə başlayır. İlk öncə “Asacub” virusu hakerlərin serveri ilə qarşılıqlı əlaqə yaradır və onlara smartfonun modeli, əməliyyat sisteminin versiyası, mobil rabitə operatoru haqda informasiya göndərir.
 
Emil Hüseynov






17/09/18    Çap et