Yeni “iPhone” smartfonları “eSIM” texnologiyasını populyarlaşdıracaq
Analitiklər virtual SİM kart texnologiyasını dəstəkləyən smartfonlara tələbatın yüksələcəyini proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, “ABI Research” şirkətinin analitiklərinin fikrincə, “eSIM” texnologiyası yeni nəsil “iPhone” smartfonları sayəsində daha populyar olacaq.
İstifadəçilər və istehsalçılar bu texnologiyanın üstünlüklərini dərk edir və belə smartfonlara tələbat yüksələcək. Analitiklər 2022-ci ilədək “eSIM” texnologiyasını dəstəkləyən 420 milyon mobil qurğu satışını proqnozlaşdırır.
“eSIM” – fiziki SİM kart olmadan şəbəkədə qeydiyyatdan keçməyə imkan verən və cihaza quraşdırılmış moduldur.
Emil Hüseynov