“Samsung Galaxy S10” smartfonunun ilk fotoşəkili dərc olunub
“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Don-Cin Koh Çin KİV-i ilə söhbət zamanı növbəti qabaqcıl “Galaxy S10” smartfonunda xarici görünüş baxımından əhəmiyyətli dəyişikliklər ediləcəyini açıqlayıb. Bu, gözlənilən idi, çünki “Galaxy S6” modelindən başlayaraq istehsalçı hər iki nəsildən bir smartfonun dizaynını köklü şəkildə dəyişir. Gələcək qurğunun fotoşəkilləri artıq internetdə dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, fotoşəkilə görə, “Galaxy S10” smartfonunun bütün tərəfləri maksimum nazik çərçivələrlə (ekranda kiçik açıq yerlər olmadan və çıxarılabilən konstruksiyalarsız) təchiz ediləcək. Ekran altında quraşdırılacaq ön kameranı adi rejimdə yox, yalnız kamera əlavəsində görmək mümkün olacaq.
“Galaxy S10” smartfonunun 2019-cu ilin fevralında Mobil Dünya Konqresində (MWC) təqdim ediləcəyi gözlənilir.
Nizam Nuriyev