Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək


Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulu həmin tarixdə qeyd edilən bölgədə – Qazax rayonunda saat 12:00-da keçiriləcəkdir.

Nazir nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.
 
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Ağstafa rayonunda                   02222 52995
Qazax rayonunda                      02229 51221
Tovuz rayonunda                      02231 53599
Şəmkir rayonunda                    02230 53049
Gədəbəy rayonunda                 02232 60004
 
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.






18/09/18    Çap et