Rostov zooparkında robot-kassir işə başlayıb
Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı xidməti robot Rostov zooparkında işə başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” resursuna istinadən yazır ki, robot-kassir ziyarətçiləri qarşılayacaq, onlara zoopark haqda məlumat verəcək, giriş üçün bilet satacaq, həmçinin zooparkın saytından satın alınmış biletləri çap edəcək. Bundan başqa, istehsalçıların məlumatına görə, “WayBot” robotu zooparkda olan heyvanlar haqda aktual xəbərləri sensor ekrana çıxara və keçiriləcək tədbirləri elan edə bilir.
Bildirək ki, cari ilin fevralında ictimaiyyətə təqdim edilmiş “WayBot” robotu təkrarlanan əməliyyatlar vaxtı (xidmət haqqı, konsultasiyalar, ekskursiyalar, naviqasiyada kömək, bilet və şəkillərin çapı) insanı əvəz etmək məqsədilə hazırlanıb.
Emil Hüseynov