Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib
Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intellektə malik ikiqat əsas kamera ilə təchiz edilmiş “Mi 8 Lite” smartfonunu təqdim edib.
Yeni qurğu 2280x1080 piksel təsvir ölçülü 6,26 düymlük displeyə malikdir.
Yeni cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəli “Qualcomm Snapdragon 660” prosessoru və “Adreno 5012” qrafik sürətləndiricisi ilə təchiz edilib.
Əsas kamera 2 datçik (12 və 5 meqapiksellik), işıq diodu işıqlandırıcısı və çəkiliş səhnələrinin intellektual tanınması sisteminə malikdir. Ön kameranın təsvir ölçüsü 24 meqapiksel təşkil edir. Barmaq izlərinin skaneri mövcuddur.
Qalınlığı 7,5mm olan aparatın çəkisi 169 qr-dır. Telefon yenilənmiş “MIUI” əməliyyat sistemi əsasında işləyir. Akkumulyator batareyasının tutumu 3350 milliamper/saat təşkil edir. Əməli yaddaşın tutumu 6 QB, daxili fləş daşıyıcının tutumu 128 QB-dır. “MicroSD” yaddaş kartlarından istifadə mümkündür.
Həmçinin “Wi-Fi 802.11ac 2×2 MIMO” və “Bluetooth 5 LE” simsiz rabitə modulları, “GPS/QLONASS” qəbuledicisi və “USB Type-C” portu mövcuddur.
“Xiaomi Mi 8 Lite” smartfonu qara, mavi və qızılı rəngli korpuslarda satılacaq. Modelin qiyməti 204 dollardan başlayacaq.
Emil Hüseynov
20/09/18 Çap et