Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya İqtisadi Forumu: “Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq”


Dünya İqtisadi Forumu hesabat dərc edərək 2025-ci ilədək robotların işlərin əksər hissəsini (29 faiz əvəzinə, 51 faiz) yerinə yetirəcəyini, eyni zamanda bunun süni intellektlə əlaqədar 58 milyon yeni iş yeri yaratmağa imkan verəcəyini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, böyük şirkətlərdə çalışan əməkdaşların 54 faizi peşəni dəyişmək və ya bacarıq səviyyəsini artırmaq məcburiyyətində qalacaq.

Hesabata görə, gələcəkdə məlumatlar daxil edən operator, mühasib, inzibatçı, katib, quraşdırma müəssisələri işçisi, auditor, poçt xidmətləri əməkdaşı, sifarişçilərlə iş üzrə xidmət operatoru, anbar uçotu operatorları və s. kimi peşələrə tələbat azalacaq.

Yeni peşələr isə məlumat analitiki, süni intellekt və robotların öyrədilməsi üzrə mütəxəssis, proqram təminatı tərtibatçısı, satış və marketinq üzrə mütəxəssis, iritutumlu məlumatlarla iş üzrə mütəxəssis, rəqəmli texnologiyalara keçid üzrə mütəxəssis, yeni texnologiyalar üzrə mütəxəssis və s. olacaq.

Nizam Nuriyev






20/09/18    Çap et