Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla Avstriya arasında nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradılacaq


Bu gün Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüş  keçirilib.
 

Görüş zamanı iki ölkə arasında nəqliyyat, innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
 

Tərəflər bu istiqamətdə konkret tədbirlərin görülməsi, əlaqələri genişləndirmək və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılması ilə bağlı razılığa gəliblər.
 

Eyni zamanda, sentyabrın 19-da imzalanmış "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikası Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu"nda nəzərdə tutulan fəaliyyətlərin koordinasiya edilməsi üçün Əlaqələndirici Şəxslərin təyin edilməsi, habelə Azərbaycan və Avstriya arasında bu sahədə əməkdaşlığa dair sazişin imzalanması istiqamətində müvafiq hazırlıq işlərinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
 

Görüşdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları da iştirak edib.  






20/09/18    Çap et