Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemində aşkar edilmiş boşluqlara görə 3 milyon dollardan çox ödəniş edilib


“Google” şirkəti 2015-ci ildə “Android Security Rewards Program” proqramını istifadəyə verib. Axtarış nəhəngi “Android” mobil əməliyyat sistemi, həmçinin “Google Play” internet mağazasında yerləşdirilmiş proqramlarda aşkar edilmiş boşluq və səhvlərə görə pul mükafatı təyin edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” resursuna istinadən yazır ki, aşkar edilmiş boşluğun həcmindən və konkret boşluğun kritik əhəmiyyətindən asılı olaraq mükafat mindən bir neçə min dollaradək təşkil edə bilər. 2016-cı ildə maksimim ödəniş məbləği 50 min dollaradək, ötən ilin iyununda isə mükafat məbləği 200 min dollaradək artırılıb.
 
“Google” şirkəti rəsmən bildirib ki, hazırda mükafat məbləği kimi ümumilikdə 3 milyondan çox dollar ödəniş edilib. Son ildə 470 boşluq aşkar edilib.
 
“Pixel” smartfonlarında aşkar edilmiş iki boşluğa görə Quanq Qonqa 105 min dollar ödənilib. Bu, ən yüksək mükafat məbləğidir.
 
Emil Hüseynov






21/09/18    Çap et