Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu şirkətin istehsalı olan modemlər “Windows” istifadəçilərinin təhlükəsizliyini zərbə altına qoyur
“Alcatel” şirkətinin istehsalı olan “EE 4GEE” adlı simsiz modemlərdə aşkar edilmiş təhlükəli boşluq hakerə sistemdə imtiyazları yüksək səviyyəyədək qaldırmağa və “Windows” platformasının idarəetməsi altında işləyən istənilən kompüterdə zərərli proqramı işə salmağa imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” resursuna istinadən yazır ki, “CVE-2018-14327” identifikatoru kimi işarələnmiş boşluq “Windows” sisteminə modemlə quraşdırılan drayverin fayllarında yerləşir.
Haker imtiyazları yüksəldərək sistemə məsafədən tam giriş əldə edə və müxtəlif əməliyyatları (məsələn, zərərli proqram təminatı quraşdıra və məxfi məlumatları ələ keçirə bilər) yerinə yetirə bilər.