Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti planşet bazarını tərk etməyəcək


“Hewlett-Packard” şirkətinin icraçı direktoru Meq Uitmen bildirib ki, şirkət planşet kompyuterləri bazarını tərk etməyəcək.

Qeyd edək ki, bu yaxınlarda “HP” şirkəti “webOS” əməliyyat sistemi ilə işləyən planşetlərin istehsalından imtina edib. Səbəbi isə satışların çox aşağı olması olub.

Xanım Uitmenin sözlərinə əsasən, bu qərar o demək deyil ki, “HP” şirkəti planşet bazarını rəqiblərə mübarizəsiz verəcək. Növbəti ilə “Windows 8” platformasında olan qurğuların istehsalı planlaşdırılır.

İlkin hesablamalara əsasən, 2011-ci ildə bütün dünyada təxminən 63,6 milyon planşet satılacaq. Əgər bu proqnoz doğru olsa, 2010-cu illə müqayisədə artım 261,4% təşkil edəcək. Planşet artıq hər bir 10-cu yaşlı amerikalıda var.




29/10/11    Çap et