Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı qəsəbələrində internet xidmət tutumu artırılır
Bakıda və ətraf kənd, qəsəbələrdə genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədilə hazırlanmış geniş tədbirlər planının icrası davam edir. Bu barədə BTRİB-dən verilən məlumatda bildirilir.
Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Maştağa qəsəbəsində internet xidmət tutumunun 100, Bakıxanov qəsəbəsində 600, Nardaran qəsəbəsində isə 60 port artırılması nəzərdə tutulub. Artıq nəzərdə tutulan işlərin böyük bir hissəsi başa çatdırılıb. Bütün işlərin növbəti ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, BTRİB tərəfindən Bakı ətrafı qəsəbələrdə elektron ATS-lərin NGN texnologiyası əsasında tamamilə yenidən qurulması abunəçilərə bütün multimedia xidmətlərindən istifadə üçün şərait yaradacaq. Buna paralel olaraq birlik EATS-lərdə ADSL portları qurmaqla tələbatı ödəməkdə israrlıdır.
29/10/11 Çap et