Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nintendo” son 30 ildə ilk dəfə olaraq ilin nəticəsinə görə zərərə məruz qala bilər
“Nintendo” şirkəti cari maliyyə ilinin ilk yarımilliyinin nəticəsinə əsasən zərərə məruz qaldığını bildirib. Aprel – sentyabr ayları üzrə oyun konsolları istehsalçısı 70,3 milyard yena (təxminən 925 milyon dollar) zərərə məruz qalıb.
Maliyyə göstəricilərinin pisləşməsində şirkət xarici valyutalara nisbətdə yenanın yüksək məzənnəsini, həmçinin yeni nəsil “3DS” cib konsoluna olan orta tələbatı göstərib.
“Nintendo” belə vəziyyət fonunda cari maliyyə ili üçün verdiyi proqnozu dəyişdirib: əgər şirkət əvvəl 20 milyard yenaya (264 milyon) qədər mədaxil əldə etməyi gözləyirdisə, lakin hal-hazırda eyni ölçüdə zərər haqqında bildirilib. Əgər belə olsa, “Nintendo” son 30 il ərzində ilk dəfə olaraq ilin nəticəsinə əsasən zərərdə ola bilər.
29/10/11 Çap et