“Instagram” təsisçiləri istefaya gedir
“Instagram” sosial şəbəkəsinin baş direktoru Kevin Sistrom və baş texniki direktoru Mayk Kriger istefa verib. Yaxın həftələrdə onların şirkəti tərk edəcəyi gözlənilir. Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Qazeta” resursuna istinadən yazır ki, nəşrin məlumatına görə, K.Sistrom və M.Kriger istefa ilə bağlı qəbul edilən qərarı sosial şəbəkənin məxsus olduğu “Instagram” və “Facebook” rəhbərliyinin diqqətinə çatdırıblar. Mənbə qeyd edib ki, “Instagram” həmtəsisçiləri istefanın səbəblərini açıqlamayaraq işdən azad olunduqdan sonra istirahət edəcəklərini bildiriblər.
Qəzet nümayəndələrinin fikrincə, K.Sistrom və M.Kriger “Instagram”ı hazırda “Facebook” şirkətinin yaşadığı ən böyük böhran səbəbi ilə tərk ediblər.
Nizam Nuriyev