Bu ölkədə açılacaq kafedə müştərilərə robotlar xidmət edəcək
Tokioda açılacaq kafedə müştərilərə ofisiantlar deyil, robotlar xidmət edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” resursuna istinadən yazır ki, cari ilin noyabrında Yaponiyanın paytaxtında açılacaq kafedə bütün ofisiantlar robot olacaq. Robotların idarəetməsi insanlar tərəfindən məsafədən idarəetmə sisteminin köməyi ilə həyata keçiriləcək.
Kafedə xidmət edəcək robotlar artıq hazırdır: onların hündürlüyü 120 sm, çəkisi 20 kq təşkil edir.
Emil Hüseynov