Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Amazon” onlayn riteylərinə qarşı patent iddiaları verilib
Artıq 11 şirkət cari ildə “Amazon” onlayn riteyler nəhənginə qarşı patent iddiaları verib. Bu, 2010-cu il ilə müqayisədə 3 dəfə çoxdur. Bu barədə ABŞ maliyyə tənzimçilərinə təqdim edilmiş şirkət sənədlərində qeyd edilib.
İddialar arasında “Amazon” satış sisteminin digər şirkətin patentlərini pozduğu, həmçinin “Kindle” qurğularının başqa firmalara aid olan texnologiyalardan istifadə etdikləri ilə bağlı ittihamlar var.
“Amazon” nümayəndələrinin sözlərinə əsasən, onlar bütün bu iddialarla razı deyillər və özlərini müdafiə etməyə qətiyyətlidirlər.
29/10/11 Çap et