“Microsoft” korporasiyası “Office 2019” paketini təqdim edib
“Microsoft” şirkəti “Windows” və “Mac” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən kompüterlər üçün “Office 2019” paketini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, ofis paketinə “Word”, “Excel”, “PowerPoint” və “Outlook”, “Project”, “Visio”, “Access” və “Publisher” proqramları daxildir.
“Microsoft”un nümayəndələri bildiriblər ki, “Office 2019” paketində əvvəllər “Office 365” “bulud” xidmətində reallaşdırılmış bir sıra yeniləmələr tətbiq edilib. Məsələn, “PowerPoint”də kinematoqrafik təqdimatlar, “Word”də yeni tərcüməçi və “Excel”də qıfaoxşar diaqram və xəritəli diaqramlar əlçatan olub.
Xatırladaq ki, “Microsoft”un nümayəndələri hələ fevralda məlumat vermişdilər ki, “Office 2019” paketi “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərini dəstəkləməyəcək, yalnız “Windows 10” sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərdə işləyəcək.
Emil Hüseynov