Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlanıb


“ABI Research” analitik şirkəti 2027-ci ilədək smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 2019-cu ildən etibarən bir sıra regionlarda istifadəyə veriləcək yeni beşinci nəsil rabitə texnologiyası (5G) məlumatların ötürülmə sürətini artıracaq, “bulud” saxlanclarını və əlavə reallığı təkmilləşdirəcək. Onun fonunda “3G” və LTE texnologiyaları geridə qalacaq.

Proqnoza görə, yaxın illərdə smartfonlar arasında ekrandaxili barmaq izi skaneri və bir neçə modula malik kamera populyarlıq qazanacaq. Ekrandaxili daktiloskopik skaner artıq “Vivo”, “Xiaomi” və “Meizu” smartfonlarında quraşdırılıb, tezliklə ekranın blokdan çıxarılması üçün oxşar texnologiya ilə “OnePlus” və “Samsung” brendli digər qurğuların da təchiz ediləcəyi gözlənilir. Üç modula malik kameranı “Huawei P20 Pro” smatfonu təklif edir, eyni zamanda yaxın vaxtlarda üç kamera ilə təchiz olunan digər model – “Huawei Mate 20 Pro” işıq üzü görəcək.

Analitiklərin gözləntilərinə görə, “Samsung” şirkətinin ardınca başqa istehsalçılar da açılıb-yığılan smartfon təqdim edəcəklər. Belə mobil qurğuların perspektivləri barədə məlumat isə açıqlanmır. Onların da mobil bazarın inkişafına güclü təsir göstərəcəyini ehtimal etmək olar.

Nizam Nuriyev






26/09/18    Çap et