Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Danimarkada mobil tətbiq sürücülük vəsiqəsini əvəz edəcək


Danimarkada smartfona qurulmuş xüsusi mobil tətbiq vasitəsilə sürücülük vəsiqəsini göstərmək mümkün olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sürücüyə öz sürücülük vəsiqəsinin mövcud olmasını sübut etmək üçün yalnız smartfon lazım olacaq. 2020-ci ilin sonuna xüsusi mobil proqramın artıq əlçatan olacağı gözlənilir.
 
Danimarka Maliyyə Nazirliyinin məlumatına görə, sürücülük vəsiqəsi oxşar tərzdə təqdim edilən ilk rəsmi sənəd olacaq.
 
Həmçinin bildirilib ki, sürücülük vəsiqəsinin rəqəmli versiyasını adi vəsiqə ilə birgə istifadə etmək mümkün olacaq.
 
Emil Hüseynov






26/09/18    Çap et