2018-ci ildə Avropa bankları süni intellektə 3 milyard dollar xərcləyəcək
“IDC” şirkətinin analitiklərinin proqnozuna görə, 2018-ci ildə Qərbi Avropa bankları süni intellekt sahəsində koqnitiv sistem və həllərə təxminən 3 milyard dollar xərcləyəcək ki, bu da ötən illə müqayisədə 43% yüksəkdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, onların sözlərinə görə, artmaqda olan investisiyalar maliyyə şirkətlərinin fırıldaqçılığın təhlili, məhsulların satışı üçün tövsiyələrin tərtib edilməsi, İT sistemlərinin avtomatlaşdırılmasında tez-tez süni intellekt həllərindən istifadə etməsini göstərir.
Qərbi Avropada cari ilin yekununa görə məhz banklar süni intellektə ən böyük sərmayə yatırırlar.
Ekspertlərin gözləntisinə görə, 2018-ci ildə süni intellekt sahəsində koqnitiv sistem və həllər bazarının həcmi 24 milyard dollar təşkil edəcək, 2022-ci ildə isə bu göstərici 77,6 milyard dollara yaxınlaşacaq.
“PwC” şirkətinin proqnozuna görə, süni intellekt 2030-cu ildə dünya ÜDM-nin təxminən 14% (təxminən 15,7 trilyon dollar)-ni təşkil edəcək. Bu amil belə texnologiyaları indi sürətlə dəyişən iqtisadiyyatda ən böyük kommersiya imkanına çevirir.
Emil Hüseynov