Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Adron Kollayderində iki yeni hissəcik qeydə alınıb


Böyük Adron Kollayderində çalışan Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) mütəxəssisləri iki yeni hissəcik müşahidə edib və üçüncünün mövcudluğunu sübut edən dəlillər əldə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, standart kvark modelləri tərəfindən proqnozlaşdırılan iki yeni hissəcik barionlardır. Onlar Böyük Adron Kollayderində hissəciklərin sürətləndirilməsi ilə bağlı aparılan eksperimentlərdə istifadə edilən eyni proton zərrəcikləri ailəsinə aiddir. Bu böyük hissəciklər (protondan 6 dəfə böyük) alt barionlar kimi tanınsa da, onların mövcudluğu alimlər tərəfindən ilk dəfədir qeydə alınır.

Məlumata görə, mövcudluğu qeydə alınan üçüncü hissəcik tetrakvarklar adlanan qeyri-adi hissəciklər tərkibi tipidir. Bu, adətən iki kvarka malik mezon növüdür, lakin tetrakvark 4 kvarkdan (2 kvark və 2 anti-kvark) ibarətdir. İndiyədək tədqiqatçılar tərəfindən oxşar heç nə müşahidə edilməyib, lakin son eksperimentlərdə tetrakvarkların 3-dən çox standart uzaqlaşma göstəricisi aşkarlanıb. Yeni hissəciyin kəşfi üçün adətən 5 standart uzaqlaşmanın qeydə alınması tələb olunur. Gələcək müşahidələr tetrakvarkların mövcudluğunu ya təsdiq, ya da inkar edəcək. Alimlərin sözlərinə görə, yeni alt barionlar müvafiq olaraq 12,7 və 12,6 standart uzaqlaşma göstəricisinə malik olub.

Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi (LHC) yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur. Kollayder Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində - Cenevrə şəhərində inşa olunub.

Nizam Nuriyev






01/10/18    Çap et