“Android” sistemli ən güclü smartfon təqdim ediləcək
“Huawei” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən güclü smartfon təqdim etməyi planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, “Huawei Mate 20 Pro” adlanan qurğu 6 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Smartfon birnüvəli testdə 3390 bal, çoxnüvəlidə isə 10 318 bal toplayıb.
Müqayisə üçün qeyd edək ki, “Exynos” çipinə malik “Samsung Galaxy Note 9” modeli çoxnüvəli testdə 9100, birnüvəlidə isə 3698 bal yığıb.
Məlumata görə, “Huawei Mate 20 Pro” yeni 7 nanometrlik “Kirin 980” prosessoru ilə təchiz edilən “Android” sistemli ilk smartfon olacaq. Bu çiplər müasir smartfonlarda istifadə edilən 10 nanometrlik çiplərlə müqayisədə daha yaxşı məhsuldarlığı və effektivliyi təmin edir.
“Huawei Mate 20 Pro” smartfonunun rəsmi təqdimatı oktyabrın 16-na planlaşdırılır. Baza modeli 6 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunacaq. Bundan başqa modelin daha 4 modifikasiyasının buraxılışı nəzərdə tutulur.
Nizam Nuriyev