Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada fikirlərin oxunması üçün ilk şəbəkə yaradılıb


Amerikalı alimlər tərəfindən yaradılmış və 3 iştirakçını özündə birləşdirən şəbəkədə ilk dəfə siqnalları "beyindən beyinə" birbaşa göndərmək və qəbul etmək mümkün olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Vaşinqton universitetinin alimləri tərəfindən yaradılmış şəbəkə “BrainNet” adlandırılıb. Sistem hər biri laboratoriyanın ayrı otağında olan 3 iştirakçıdan ibarət qrupa tetrisə oxşar oyunu birgə oynamağa imkan verib.
 
Beyin-beyin interfeysləri əvvəllər də işlənib hazırlanıb, amma ilk dəfə Vaşinqton universitetinin alimləri 2-dən çox subyektin iştirakı ilə belə interfeys yaratmağa müvəffəq olub.
 
Alimlər bildiriblər ki, bu tərzdə yalnız laboratoriya daxilində, həm də internet üzərindən qarşılıqlı əlaqə yaratmaq mümkündür.
 
Emil Hüseynov






02/10/18    Çap et