Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt gəlirləri artıb


“Azərpoçt” MMC 2011-ci ilin 9 aylığı üzrə tarif gəliri proqnozunu 103% icra edib. Müəssisənin büdcə və proqnozlaşdırma şöbəsinin rəisi Aqşin Həsənzadənin verdiyi məlumata görə, təyin olunan 16 992 000 manat tarif gəliri proqnoz tapşırıqları 17 419 800 manat yerinə yetirilmiş, nəzərdə tutulan proqnozdan 427 800 manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 787 740 manat artıq gəlir əldə edilib.

Qeyd edək ki, “Azərpoçt” MMC 2011-ci ilin 9 aylığı üzrə əhaliyə göstərilən rabitə xidmətlərindən əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 275 690 manat, 2011-ci ilin 9 aylığı üzrə nəzərdə tutulan proqnozdan isə 669 280 manat artıq olub.




31/10/11    Çap et